24 
Okt
2020
11:25
982

Gürcüstanda iki minə yaxın koronavirusa yoluxma aşkarlandı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 1941 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 26 503 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 412 sağalma qeydə alınaraq 10 163 nəfər təşkil edib.

Eyni zamanda qeyd olunub ki, 10 nəfər koronavirusdan vəfat edib və ümumi say 193 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın