23 
Okt
2020
21:18
608

Abxaziyada koronavirusa yoluxma halları artıb

Son 24 saat ərzində işğal olunmuş Abxaziyada 495 nəfər koronavirus testindən keçib və nəticədə 144 nəfərin “Covid-19”-a yoluxduğu təsdiqlənib.

İnterPress.ge xəbər verir ki, Gudauta xəstəxanasında 123 xəstə var və onlardan 27-nin vəziyyəti ağırdır.

İşğal olunmuş Abxaziyada ümumilikdə 3450 koronavirusa yoluxma halı qeydə alınıb , 1294 nəfər sağalıb, 33 nəfər isə vəfat edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər