23 
Okt
2020
18:13
2389

Soyğunçuya verilən məbləğ hansı büdcədən götürülüb ? - AÇIQLAMA

“Soyğunçuya verilən məbləğ dövlət büdcəsindən deyil, "Gürcüstan Bank"-ın büdcəsindən verilib.

İnterPress.ge xəbər verir ki, bu haqda Daxili İşlər Naziri Vaxtanq Qomelauri danışıb.

"Həqiqətən də dövlət büdcəsindən götürülməyib. Məbləğ" Gürcüstan Bank"-ın büdcəsindəndir. Bu hər yerdə belə olur. Soyğunçu banka hücum edərsə məbləğ bankın büdcəsindən verilir.

Onun sözlərinə görə faktla bağlı istintaq davam edir.

"Kim deyir ki, soyğunçu tək idi və ya tək deyildi. İstintaq hər tərəfli aparılır" – dedi Vaxtanq Qomelauri.

Soyğunçunun kimliyi məlumdur ya yox və o, Gürcüstanın nəzarət altında olan ərazidədir ya yox sualına o, " bunubla bağlı heç bir məlumat verə bilmərəm çünki mənim bir sözüm istintaqın gedişatına mane ola bilər" - deyə cavab verdi

Bizimlə əlaqə saxlayın