23 
Okt
2020
16:04
1099

Şahidlər avtomobildə güllələnən şəxsin bir qadını qaçırdığını bildirilər

"Tbilisidəki Saracişvili küçəsində bir nəfər avtomobildə vurularaq öldürüldü".

InterPress.ge xəbər verir ki, şahidlərin verdiyi məlumata görə, əlində silah olan bir adamın cəsədi avtomobildə tapılıb.

Təcavüzkarın təxminən altı dəfə atəş açdığını söyləyən yerli sakinlər, öldürülən kişinin bir qadınla birlikdə olduğunu və təcavüzkarın həmin qadını qaçırdığını bildiriblər.

Daxili İşlər Nazirliyindən bildirildiyi kimi, fakt 108-ci (qəsdən adam öldürmə) və 236-cı (qanunsuz olaraq odlu silah alma, saxlama, gəzdirmə) maddələrinin 3-cü və 4-cü hissələri ilə araşdırılır. Agentlikdə başqa heç bir məlumat verilmir.

Bizimlə əlaqə saxlayın