23 
Okt
2020
12:49
1393

Paytaxtda ictimai nəqliyyat məhdudlaşdırılacaqmı? - Hökumət Administrasiyasından açıqlama

"Paytaxtda bələdiyyə nəqliyyatının məhdudlaşdırılması planlaşdırılmır".

InterPress.ge xəbər verir ki, bu barədə Hökumət administrasiyasının rəhbəri Natia Mezvrişvili deyib.

Eyni zamanda, Mezvrişvili açıq havada hansı vəziyyətdə maskadan istifadə etməyin tövsiyə olunduğunu izah etdi.

“Xarici məkan ictimai nəqliyyat üçündə dayanacaqlar daxil olan yerlər deməkdir. Buna polis və əmək müfəttişliyi nəzarət edəcək. 5 nəfər ayaq üstə dururuqsa və məsafəmizi saxlaya bilmiriksə və ya bunu etmək mümkün deyilsə, maska taxmağımız vacibdir. İşə piyada gedən vətəndaşların da maska taxması məsləhətdir. Küçədə məsafəni saxlamağın mümkün olmadığı hallar olur. Əlbətdə ki, burada da maska taxmağımız məsləhətolunur. Ətrafda insanlar yoxdursa və məsafənin pozulması qeydə alınmırsa deyərdim ki, bu arzuolunandır " ,- dedi Natia Mezvrişvili.

Bizimlə əlaqə saxlayın