23 
Okt
2020
11:49
2616

SON DƏQİQƏ! Gürcüstanın bu şəhərlərində açıq havada maska taxmaq qəti tövsiyə olunur

"Epidemioloji vəziyyətin tələb etdiyi 3 şəhərdə, yəni Tbilisi, Batumi və Kutaisidə açıq havada maska taxmaq Hökumətlərarası Komissiyanın və Səhiyyə Nazirliyinin qəti tövsiyəsidir. Xüsusilə məsafəni qorumağın mümkün olmadığı yerlərdə".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin başçısı Natia Mezvrişvili Koordinasiya Şurasının iclasından sonra keçirdiyi brifinqdə deyib.

Onun qeyd etdiyinə görə, maska taxmaq qaydasına Əmək Müfəttişliyi və Daxili İşlər Nazirliyi nəzarət edəcək.

"Xahiş edirəm bu gündən etibarən Tbilisi, Kutaisi və Batumidə açıq havada da maskadan istifadə edək. Xüsusilə məsafəni qorumağın mümkün olmadığı yerlərdə. Məsələn, ictimai nəqliyyat dayanacaqlarında. Ümid edirəm ki, məlumatlılığı artırmaq və istiqamətləndirmək üçün polis mənbələrindən istifadə etməyimizə ehtiyac olmayacaq ",- dedi Natia Mezvrişvili.

Bizimlə əlaqə saxlayın