23 
Okt
2020
11:00
862

Gürcüstanda koronavirusa REKORD yoluxma davam edir

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 1 759 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 24 562 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 350 sağalma qeydə alınaraq 9 751 nəfər təşkil edib.

Eyni zamanda qeyd olunub ki, 5 nəfər koronavirusdan vəfat edib və ümumi say 183 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın