22 
Okt
2020
23:23
3059

Marneulidə baş verən qəzanın təfərrüatları - VİDEO

Marneulinin mərkəzi Rustaveli küçəsində ağır yol qəzası baş verib.

InterPress.ge xəbər verir ki, iki opel markalı avtomobillər bir-biri ilə toqquşub.

Qəza zamanı avtomobillərdən biri alışaraq yanmağa başlayıb, əraziyə gələn yanğınsöndürmə briqadası dərhal yanğını söndürməyə nail olub.

Xəbər portalımızın əməkdaşının hadisə yerindən verdiyi məlumata görə, qəza nəticəsində Opel markalı avtomobillərdən birinin sürücüsü yüngül yaralanıb, digəri avtomobilin sürücüsü isə ağır zədə və yanığ xəsarətləri alıb.

Yaralılar təcili yardım briqadası tərəfindən xəstəxanaya aparılıb.

Faktla bağlı polis araşdırma aparır.

Bizimlə əlaqə saxlayın