22 
Okt
2020
21:41
956

Marneulidə Gəncə şəhidləri anıldı - FOTO

Marneulidə yerləşən Ata Holding binası qarşısında Ermənistanın Gəncə şəhərində törətdiyi terrorlar zamanı şəhid olanların xatirəsinə anım mərasimi keçirilib.

InterPress.ge xəbər verir ki, mərasim Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilib.

Anım mərasimində Gəncə terrorunu əks etdirən fotoşəkillər nümayiş etdirilib.

GAİM-nin icraçı direktoru Rafiq Hümmət və gənclər üzrə kordinatoru Atif Abbasov mərasimdə Ermənistan tərəfindən Azərbaycanın Gəncə şhərində törədilən terrordan danışıblar.

Mərasimə qatılanlar günahsız qurbanların xatirəsini sükutla anıblar.

Bizimlə əlaqə saxlayın