22 
Okt
2020
18:12
1236

Yırğançay kəndi təbii qazla təmin olundu

Dmanisi bələdiyyəsinin Yırğançay kəndində qazlaşdırma prosesi sona çatdı.

InterPress.ge xəbər verir ki, təbii qaz ilk dəfə kəndin mərkəzində Gürcü Arzusunun Bolnisi, Dmanisi, Tetricğaro və Çalka bələdiyyəsinin majoritar deputatlığa namizədi Qoqi Meşveliani Socar şirkətinin prezidenti Rövnəq Abdullayevlə bərabər yandırdı.

Kənd yüksək dağ ərazisində yerləşir. Kəntdə əhalinin qızınması üçün odun ehtiyyatı var.

Qoqi Meşvelianinin sözlərinə görə kəndin qazlaşdırılması və 120 ailənin təbii qazla təmin edilməsi böyük ikiqat yük və önəm daşıyır.

"Bu layihə bizim və Azərbaycan arasındakı dostluğun şəffaf nümunəsidir. Ümid edirəm ki bu əməkdaşlıq yaxın illərdə bizim bütün yaşayış məntəqələrinin qazla təmin edilməsi ilə nəticələnəcək" - Qoqi Meşveliani.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər