22 
Okt
2020
14:25
467

Vahid Milli Hərəkat partiyasının üzvü Dmanisidə baş verənlərə münasibət bildirib

Dünən Dmanisidəki Gürcü Arzusu ofisi yaxınlığında baş verən hadisə zamanı Gürcü Arzusunun üzvləri bir-birlərinə atəş açıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Hərəkat partiyasını üzvü Dimitri Şaşkin deyib.

“Bu dəstə üzvləri arasında ilk qarşıdurma Bolnisidə baş verdi, Gürcü Arzusunun qərargahından göndərilən külli miqdarda pul Tbilisidən yoxa çıxdı, ancaq bu silahlanmaya səbəb olmadı. Ancaq eyni şey dünən Dmanisidə oldu, pulu bölə bilmədilər. Şahidlər, Gürcü Arzusu ofisindən çıxan pul və benzin kuponları ilə bağlı atışmadan əvvəl güclü bir mübahisənin olduğunu və bunun ardınca atəş edildiyini ifadə etdilər. İki nəfər ayaqlarından, biri bədəndən yaralanıb, hamısı Gürcü Arzusu, Qoqi Meşveliani heyətinin üzvüdür. Bu dəstə dayanmazsa, hər şey çox pis bitəcək, həmişə bir-birlərinə atəş edirlər.

Bu insanlar tutulmalı və bu dəstənin liderinə qarşı tədbir görülməlidir. Qoqi Meşveliani bu problemi etiraf etmək əvəzinə, Milli Hərəkat və Qaxa Okriaşvilinin aktivistlərini vurduqlarını, silah çəkib bir-birlərinə atəş etdiklərini söylədi. Polisdən böyük bir problem yaşanmadan əvvəl tədbir görməsini xahiş edirik",- dedi Dimitri Şaşkin.

Bizimlə əlaqə saxlayın