22 
Okt
2020
14:15
902

Gürcüstan Bank yaxınlığında mağazadan 75 min lari qarət olundu

Kobuletidə Gürcüstan Bankı yaxınlığında maliyyə şirkətinin kolleksioneri qarət edildi. Mövcud məlumatlara görə, 75 min lari alınıb.

InterPress.ge xəbər verir ki, kolleksioner cihazdan pul alarkən soyulub. Vətəndaşlar soyğunçunun bir nəfər olduğunu deyirlər. Şübhəli, kolleksionerdən pulu alıb hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır, ərazi sarı lentə alııb.

Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, istintaq Cinayət Məcəlləsinin soyğunçuluq maddəsini nəzərdə tutan 178-ci maddəsi ilə başladılıb.

Bizimlə əlaqə saxlayın