22 
Okt
2020
08:51
2869

Marneulidə ağır yol qəzası baş verdi - Yaralı var - FOTO

Marneuli-Çereteli yolunda ağır yol qəzası baş verib.

InterPress.ge xəbər verir ki, Ford markalı avtomobil Opel markalı avtomobillə toqquşub.

Qəza nəticəsində bir nəfər yüngül yaralanıb.

Hadisə şahidlərinin məlumatına görə, Opelin sürücüsü yoldan keçən mal-qaraya yol verərkən Ford markalı avtomobil yüksək sürətlə Opelə çırpılıb.

Faktla bağlı hal-hazırda polis istintaqa başlayıb.

Bizimlə əlaqə saxlayın