21 
Okt
2020
23:38
709

Prezident Zuqdididə baş verənlərlə bağlı bəyanat yayıb

"Belə bir vəziyyətdə süni şəkildə əlavə gərginlik yaratmağın yolverilməzdir".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili Zuqdididə baş verən hadisə ilə bağlı danışarkən deyib.

Prezident həmçinin KİV-i xəbər yayılması ilə bağlı hüquqmühafizə orqanlarının tələbini nəzərə almağa çağırıb.

"Siyasi partiyalara müraciət edirəm - insanların həyatının təhlükə altında olduğu və hüquq mühafizə orqanlarının bu dərəcədə çətin vəziyyətdə girovları sağlam şəkildə çıxarmağa çalışdığı bir zamanda vəziyyəti daha da gərginləşdirməsinlər.

Həmçinin KİV- ni hüquq mühafizə orqanlarının tələbini nəzərə almağa və operativ fəaliyyətə mane olmadan ictimaiyyətə məlumatın verilməsinə çağırıram", - Prezident Administrasiyası tərəfindən verilən açıqlamada bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər