21 
Okt
2020
14:17
1140

Laqodexinin Qabal kəndində hamilə qadın bıçaqlandı

Laqodexi Bələdiyyəsinin Qabal kəndində hamilə qadın bıçaqlanıb.

InterPress.ge xəbər verir ki, hadisə dünən baş verib.

Kənd sakinlərindən əldə etdiyimiz məlumata görə, hadisəni törədən şəxs qadının evinə oğurluq üçün girib və bu zaman qadın oğrunun üzündəki maskanı çıxarmaq istəyərkən qadını bıçaqlayıb.

Yaralı təcili yardım briqadası tərəfindən Lagodexidəki Arximedes Klinikasına aparılıb.

Həkimlər ana və körpənin təhlükə altında olmadığını və sağlamlıq vəziyyətlərinin stabil olduğunu bildiriblər.

Hadisə ilə bağlı istintaq başladılıb

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər