21 
Okt
2020
13:42
515

SOCAR Marneulinin İlməzli kəndində qaz paylama şəbəkəsinin tikintisinə başladı - FOTO

SOCAR Georgia Gas, İlməzlidə qaz paylama şəbəkəsinin tikintisinə başladı.

Marneulinin İlməzli kəndində SOCAR Georgia Gas, 13.145 metr uzunluğunda və bir neçə yaxın yaşayış məntəqəsini əhatə edən qaz paylama şəbəkəsinin tikintisinə başladı.

InterPress.ge xəbər verir ki, mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Azərbaycan səfiri Faiq Quliyev, Kvemo Kartli qubernatoru Şota Rexviaşvili,millət vəkili Savalan Mirzəyev, Marneuli və Qardabani majoritar namizədi Zaur Darğallı və digər rəsmi şəxslər iştirak ediblər.

Layihə potensial abunəçilərinin sayını 227 artıracaq. Ümumilikdə, 2020-ci ildə SOCAR Georgia Gas, 15 yaşayış məntəqəsində (13 Kvemo Kartli və 2 Mçxeta-Mtianetidə) ümumi uzunluğu 129 km olan qaz paylama şəbəkələrinin tikintisini başa çatdırmağı planlaşdırır. Bu tikinti işləri başa çatdıqdan sonra potensial abunəçilərin sayı 2483 nəfər artacaq.

Bizimlə əlaqə saxlayın