21 
Okt
2020
13:37
644

Rövnəq Abdullayev Marneulidə səfəri zamanı: “Gürcüstan Hökumətinə Azərbaycana göstərdiyi dəstək üçün təşəkkürümüzü bildiririk”

Azərbaycan Dövlət Neft şirkəti SOCAR-ın Prezidenti Rövnəq Abdullayev Marneuliyə səfər edib.

InterPress.ge xəbər verir ki, Rövnəq Abdullayev Marneulinin Qızılhaclı kəndində SOCAR tərəfindən inşa olunan idman kompleksinin təməl qoyma mərasimində iştirak edib.

R. Abdullayev sakinlərlə görüşü zamanı, Azərbaycan dövlətinin onlara hər zaman dəstək olacağını qeyd edib.

“Bu və bunun kimi layihələr İlham Əliyevin ilk gündən bizim qarşımıza qoyduğu göstərişdir. Bizim əsas məqsədimiz soydaşlarımızın burada möhkəmlənməsinə, rahat yaşamalarına və daha yaxşı uğurlara nail olmalarına dəstək olmağdır”.

Abdullayev eyni zamanda Gürcüstan Hökumətinə dəstəyə görə təşəkkür edib.

“Hazırkı hökumətə çox təşəkkürümüzü bildiririk, bu gün bizə bu cür imkanlar yaradıblar, soydaşlarımızın rahat yaşaması üçün önəmli işlər həyata keçiririk, ən önəmlisidə Gürcüstan hökumətinin sonuncu dəfə Azərbaycanın haqlı mübarizəsində Azərbaycana dəstək olmasıdır və bunun üçün də təşəkkürmüzü bildiririk. Əvvəllər bizə bu layihələri həyata keçirməyə imkan verilmirdi, bu hakimiyyət gələndən bəri soydaşlarımız üçün önəmli layihələr həyata keçirilməsində bizə dəstək olur”.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər