21 
Okt
2020
10:58
856

Gürcüstanda koronavirusa növbəti REKORD yoluxma sayı qeydə alındı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 1351 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 21 208 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 337 sağalma qeydə alınaraq 9003 nəfər təşkil edib.

Eyni zamanda qeyd olunub ki, bu gün daha 14 nəfər koronavirusdan vəfat edib və ümumi say 172 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər