21 
Okt
2020
10:36
307

Imnadze: "Bizim də qüsurlarımız var idi"

“Bizim də qüsurlarımız var idi. Batumidə çadır açma qərarımız açıq şəkildə səhv idi, bir az populist qərar idi".

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Mərkəzinin direktor müavini Paata Imnadze deyib.

Onun qeyd etdiyinə görə, Batumidə sınaq çadırlarının açılması laboratoriyaların sıxlığına səbəb olub.

"Batumidə çadırların açılması, laboratoriyaların həddindən artıq yüklənməsinə səbəb oldu və insanların cavablarını vaxtında almalı olduqları yerlərdən cavablar gec gəldi.

Bu bizim səhvimiz idi. Heç bir şey etməyənlər üçün tənqid etmək asandır",- dedi Paata Imnadze.

Bizimlə əlaqə saxlayın