21 
Okt
2020
10:06
402

Xaricdə olan və seçkilərdə iştirak etmək istəyən vətəndaşlarımızın nəzərinə...

Gürcüstanın Xarici İşlər Nazirliyinin Konsulluq Departamenti tərəfindən xaricdəki seçki məntəqələrinin elektron reyestrini yaradılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayır.

Nazirlikdən verilən məlumatına görə, xaricdə yaşayan Gürcüstan vətəndaşları 31 oktyabr 2020-ci ildə keçiriləcək parlament seçkilərində səs verə bilmək üçün xaricdə açılan seçki məntəqələri haqda məlumat almaq məqsədilə elektron reyestrdən istifadə edə bilərlər.

"Xarici ölkələrdə açılacaq olan seçki məntəqələrinin elektron reyestri aşağıdakı elektron poçt ünvanında yerləşdirilib:

Xarici ölkələrdə yaşayan Gürcüstan vətəndaşları, 31 oktyabr 2020-ci il tarixində keçiriləcək ümumi parlament seçkiləri və bu seçkilərdə problemsiz iştirak proseduru barədə Gürcüstan Xarici İşlər Nazirliyinin "Seçkilər-2020" saytında məlumat ala bilərlər.

Bizimlə əlaqə saxlayın