20 
Okt
2020
20:21
499

Adminstrasiya rəhbəri: "Dövlətin kifayət qədər ehtiyyatı var"

"Xəstəxanaya yerləşdirilməsi vacib olan ağır və riskli xəstələr üçün dövlətin kifayət qədər ehtiyyatı var, lakin bu vəziyyəti uzun müddətə qorumaq üçün çox diqqətli olmalıyıq".

InterPress.ge xəbər verir ki, bu barədə Hökumət Administrasiyasının rəhbəri Natia Mezrvişvili baş tutan brifinqdə qeyd edib.

Onun sözlərinə görə, artan virus yoluxmasına baxmayaraq, vəziyyət nəzarət altındadır.

“Bu gün dövlətin resursları var. Vətəndaşları mümkün qədər qaydalara riayət etməyə çağırırıq. Əminliklə deyə bilərik ki, xəstəxanaya yerləşdirilməli vacib olan ağır və riskli xəstələr üçün, dövlətin kifayət qədər ehtiyyatı var, lakin bu vəziyyəti uzun müddətə qorumaq üçün mümkün qədər diqqətli olmalıyıq. Klinik idarəetmə dövlət tərəfindən davam etdirilir və yeni model ehtiyac duyduğumuz qədər çarpayı ilə təmin edir.

Ailə həkimi ilə məsləhətləşmələr nəticəsində xəstələrin müəyyən bir hissəsi evdə və ya covidmehmanxanalarda, müalicəsini davam etdirir, vəziyyətləri ağır olan xəstələr isə xəstəxanalarda müalicələrini davam etdirirlər. Bütün müalicə prosesləri həkim nəzarəti altında baş tutur. Artan yoluxma sürətinə baxmayaraq vəziyyət tam nəzarət altındadır buna baxmayaraq qaydalara mümkün qədər əməl etməkdir", - dedi Natia Mezvrişvili.

Bizimlə əlaqə saxlayın