20 
Okt
2020
18:14
856

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edir

"Kənd təsərrüfatı bazarlarının və yarmarkaların fəaliyyət göstərdiyi ərazilərdə "Covid 19" un yayılmasına qarşı qaydalara və tövsiyələrə intensiv nəzarət etməyə davam edilir".

İnterPress.ge xəbər verir ki,bu haqda Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bazarların və yarmarkaların girişlərində, həmçinin alış-veriş zonasının daxili perimetrində vətəndaşların təhlükəsizliyini qorumaq üçün Daxili İşlər Nazirliyinin işçiləri koronavirusun yayılmasının qarşısını almaq üçün fərdi qoruyucu vasitələrin düzgün istifadə olunmasına və qüvvədə olan qaydalara nəzarət edirlər. Hüquqmühafizə orqanları ictimai qaydanı və təhlükəsizliyi qorumaq üçün paytaxtda və Gürcüstanın böyük şəhərində, eləcə də bazarların ərazilərindəki aqrar bazarlarda intensiv patrul xidməti həyata keçirirlər.

Daxili İşlər Nazirliyi bütün vətəndaşları sosial məsafəni qormağa, maskadan düzgün istifadə etməyə və polisin göstərişlərinə tabe olmağa çağırır.

Bizimlə əlaqə saxlayın