20 
Okt
2020
12:42
4778

Xaricdə olan Gürcüstan vətəndaşlarının nəzərinə - “Sabahdan etibarən...”

Gürcüstan vətəndaşları sabahdan etibarən ölkəyə PCR test əsasında məcburi karantin olmadan daxil ola biləcəklər.

InterPress.ge xəbər verir ki, bu barədə İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava açıqlama verib.

Natia Turnavanın qeyd etdiyinə görə, bundan sonra vətəndaşlar özünü təcridə keçməli olacaqlar.

"Məcburi karantin tələbi olmadan ölkəyə girən Gürcüstan vətəndaşlarına gəldikdə, onlar PCR testin mənfi cavabları ilə daxil ola bilər və sonra isə özünütəcridə keçəcəklər, bu da kifayət edir. Bu məsələ ilə bağlı hökumətin qərarı çox güman ki, sabah qüvvəyə minəcək və Gürcüstan vətəndaşları ölkəyə yalnız etibarlı PCR test ilə daxil ola biləcəklər. Bu, Gürcüstana səfərlərin daha aktiv olacağı mənasında çox müsbət bir dəyişiklikdir.

Əsas odur ki, şəxslərin istəyi ilə məcburi karantin PCR testlərlə əvəzlənəcək. Əgər kiminsə PCR testdən keçmək üçün imkanı və ya vaxtı yoxdursa, bu halda əlbətdə ki, pulsuz karantin tətbiq etməyə davam edəcəyik" – dedi Natia Turnava .

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər