20 
Okt
2020
11:58
574

Bu gün koronavirusa yoluxanların haradan olduqları açıqlandı

“1194 yeni koronavirus halından 425-i Tbilisidə, 193-ü Acarıstanda, 372-si İmeretidə aşkarlanıb”.

InterPress.ge xəbər verir ki, bu barədə İdarələrarası Koordinasiya Şurasının Əməliyyat Qərargahı rəisinin müavini Berdia Siçinava məlumat verib.

"Son 24 saat ərzində 1194 yeni yoluxma halı aşkarlanıb. Bu gün aşkar edilən 1194 yoluxmadan 425-i Tbilisidə, 193-ü Acarıstanda, 372-si İmeretidə, 21-i Quriada, 27-si Sameqrelo-Zemo Svanetidə və 27-si Kvemo Kartlidə - 53, Şida Kartlidə - 64, Mçxeta-Mtianetidə - 18, Kaxetidə - üç, Raça-Leçxumi və Kvemo Svanetidə - doqquz, Samçxe-Cavaxetiyada – doqquz yeni hal qeydə alınıb",-dedi Berdia Siçinava.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər