20 
Okt
2020
11:44
3033

Gürcüstanda karantin tətbiq olunacaqmı? - Hökumət Administrasiyasından açıqlama verildi

“Sizi qaydalara mümkün qədər riayət etməyə çağırırıq”

InterPress.ge xəbər verir ki, bu barədə Hökümət Administrasiyasının rəhbəri Natia Mezvrişvili, Hökümət Administrasiyasındakı Koordinasiya Şurasının iclasından sonra deyib.

O, iqtisadiyyatın artıq buna dözə bilməyəcəyi üçün ölkə daxilində ciddi məhdudiyyətlər tətbiq etmək planlarının olmadığını bildirir.

"Xahiş edirəm, bir daha tələb edirik, qaydalara mümkün qədər riayət edin. Buna epidemioloqların dediyi kimi iki yolla nail olmaq mümkündür; ya ölkəni tamamilə bağlamalıyıq, ya da qaydalara riayət etməliyik. İbtidai qaydalara riayət etməkdən bəhs edirik, başqa bir reallıqla qarşılaşmamağımız üçün xahiş edirəm bu qaydalara əməl edin ",-dedi Mezvrişvili

Bizimlə əlaqə saxlayın