20 
Okt
2020
11:22
583

Gürcüstanda üç gündür ki, meşə yanğını dəvam edir

Yanğınsöndürənlər artıq üçüncü gündür ki, Svanetinin Latali kəndi yaxınlığındakı meşədə baş verən yanğını söndürməyə çalışır.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar İdarəsindən məlumat verilib.

Təcili Yardım İdarəsindən verilən məlumata görə, leysan yağışlarına baxmayaraq, meşədə gecə boyu iki xilasetmə qrupu növbətçi olub.

Yağış səbəbi ilə ağır nəqliyyat vasitələrinin torpaq yolda hərəkət etməsi mümkün olmadığından səhər 125 yanğınsöndürən fərdi avadanlıqla söndürmə işlərini davam etdirib.

“Yanğın Latali yaxınlığındakı meşədə lokallaşdırılıb, vəziyyət nəzarət altındadır, əhali üçün təhlükə yoxdur. Yanğın meşə döşəməsini - kolları, evkalipt və yarpaqları yandıraraq tüstüyə səbəb olur",- dedi Fövqəladə Hallar İdarəsi.

Bizimlə əlaqə saxlayın