20 
Okt
2020
09:31
838

Məmməd Şəmirov Vahid Milli Hərəkat partiyasının majoritar deputatlığa namizədini zorakılıqda və terrorizmdə ittiham edir

Gürcü Arzusunun fəalçısı Vahid Milli Hərəkat partiyasının majoritar deputatlığa namizədini zorakılıqda və terrorizmdə ittiham edir.

InterPress.ge-nin məlumatına görə, Məmməd Şəmirov bu barədə açıqlama verib.

Onun açıqlamasına görə, əgər o, VMH xeyrinə səs yığmasa və bu prosesdə kömək etməsə Okriaşvili onu həbsə salmaqla hədələyir.

Bolnisi bələdiyyəsinin Gavşaniani kəndində Gürcü Arzusunun VMH partiyasının majoritar deputatlığa namizədi Kaxa Okriaşvili və onun dəstəkçiləri arasında sözlü qarşıdurma yaranıb. Şəmirovun qeyd etdiyinə görə Okriaşvilinin fəalçıları ondan VMH tərəfindən təşkil olunmuş görüşdə xalqın toplaşmamasına dair məlumat əldə etmək istəyirdilər.

Onun bildirdiyinə görə, Okriaşvilinin və onun fəalçılarının avtomobilləri onun yolunu bağlayıb lakin o, söhbət etməkdən imtina edib və nəticədə münaqişə yaranıb.

"Avtomobilimi yolda 2 dəqiqəlik saxladım və başqa avtomobil dəstəsi də mənə tərəf gəldi. Avtomobildən kimsə məni göstərərək odur dedi. Məndən haraya getdiyimi soruşdular. Mən isə işim var dedim. Avtomobili saxla səninlə işimiz var dedilər. Onlara sizinlə heç bir işim yoxdur dedim. Gənc oğlanlar idilər. Avtomobilimi işə saldım və getdim. Körpüyədək irəliləmişdim ki avtomobillərin arxamca gəldiyini gördüm. Qara cip yolumu kəsdi və digər avtomobillər məni mühasirəyə aldılar. Bizimlə nəyə görə söhbət etmək istəmirsən dedilər, sizinlə heç bir söhbətim yoxdur dedim. Bu zaman kimsə arxadan şüşəni endirərək tanıyırsanmı deyə sual verdi. Mən isə Okriaşvilidir. Kim olur olsun maraqlandırmır məni nə istəyirsiniz dedim. Bilirsən səni nə gözləyir? 2 il həbs gözləyir dedilər. Nəyə görə? Mən ki, sizi söyməmişəm, pis heç nə etməmişəm, mane olmuram sizə, məndən əl çəkin, demokratik ölkədə yaşayırıq. Nə istəyirsiniz? Vəzifə tutmaq? 65 yaşındayam və belə bir şeyi ilk dəfə görürəm dedim. Bundan sonra 112-yə zəng etdim. Mənə dedilər ki guya mən onların fəalçısına hədə qorxu gəlirəm. Mən isə dedim :

"İndi elə bir zaman gəlib ki, evdə uşağı belə qorxuda bilməzsən və mən kimi qorxuda bilərəm. Polisə zəng etdim və mənə hədə qorxu gəlindiyini söylədim. Özüm şəkər xəstəsiyəm, şəkəri 400-zə qalxıb" – dedi Şəmilov.

Bizimlə əlaqə saxlayın