19 
Okt
2020
14:10
584

Qiorqi Qaxaria - Gürcüstanda seçkilər konstitusiya müddətində keçiriləcək, təxirə salınmayacaq

“Gürcüstanda seçkilər konstitusiya müddətində keçiriləcək, təxirə salınmayacaq”.

InterPress.ge xəbər verir ki, bu barədə - Gürcüstan Baş naziri Qiorqi Qaxaria, İdarələrarası Koordinasiya Şurasının iclasından sonra Hökümət Administrasiyasında keçirilən brifinqdə dedi.

Onun sözlərinə görə, heç bir şey siyasi prosesi və seçki gününü təhdid etmir və təhdid edə bilməz.

“Seçkilərlə bağlı çox danışıldı. Dostlar, Gürcüstanda seçkilər konstitusiya müddətində keçiriləcək. Bir neçə səbəbə görə təxirə salınmayacaq. Hər kəs seçki məntəqəsinin epidemioloji təhlükəsizlik baxımından hazır olacağını yaxşı bilməlidir. Bir çox hallarda bəzi ticarət mərkəzlərinə və mağazalara daxil olmaq məntəqəyə getməkdən daha təhlükəlidir. Yəni burada epidemioloji risk olmayacaqdır.Əlbətdə ki, hamımız görürük ki, siyasi proses və siyasi seçki kampaniyası tamamilə açıq şəkildə gedir. Vətəndaşlarla birlikdə yeganə şey siyasətçilərimizdən qaydalara riayət etmələri və məsafəni qorumalarədır. Bu o qədər də çətin deyil. Nəticə olaraq, heç bir şey siyasi prosesi və seçki gününü təhdid etmir və təhdid edə bilməz. 31 Oktyabra hazırlaşaq və ləyaqətlə, demokratiya ilə açıq şəkildə, ən əsasə isə təhkükəsiz şəkildə seçkini keçirək”,- dedi Qiorqi Qaxaria.

Bizimlə əlaqə saxlayın