Bu şəxslərin nəqliyyat xərcləri maliyyələşdiriləcək
Peşə məktəblərinə daxil olan məcburi köçkünlər və eko miqrantların nəqliyyat xərcləri maliyyələşdiriləcək.
InterPress.ge xəbər verir ki, bu bardə Səhiyyə Nazirliyi məlumat yayır.
2017-2020-ci illərdə dövlət peşə təhsili müəssisələrində təhsil almış məcburi köçkünlər və eko miqrantların nəqliyyat xərclərini Qaçqınlar, Eko-Miqrantlar və Yaşayış Agentliyi təhsil dövrü ərzində maliyyələşdirəcəkdir.
Məcburi köçkünlərin Peşə Təhsilinə Dəstək Proqramına müraciətləri 19 Noyabr tarixinədək qəbul ediləcək.
"Müraciətlər Qaçqınlar, Eko-miqrantlar və yaşayış mənbələri agentliyinə və ərazi bölmələrinə aşağıdakı ünvanlarda qəbul edilir: Tbilisi, Tamaraşvili küçəsi N15a; Qori Sameba küçəsi N1; Rustavi, Tsurtaveli küçəsi N5a; Kutaisi, I. Abaşidze prospekti N27; Zuqdidi, D.Ağmaşenebeli küçəsi N106.
Ərizə Agentliyin rəsmi elektron poçtuna da ([email protected])də göndərilə bilər.