19 
Okt
2020
10:15
1058

Bağçada 200-ə yaxın uşaq zəhərləndi

Ozurqeti bələdiyyəsinin uşaq bağçasında 200-ə yaxın uşaq zəhərlənib.

InterPress.ge xəbər verir ki, Səhiyyə Nazirliyi və Milli Qida Agentliyi tərəfindən müvafiq araşdırmalar aparılır.

Məlumata görə, uşaq bağçalarının yetirmələrində virusun və ya qida zəhərlənməsinin nəyin səbəb ola biləcəyi araşdırılır.

Xatırladaq ki, uşaqlardan yalnız biri tibb müəssisəsinə aparılıb. Onda enterovirusun olduğu təsdiqlənib.

Milli Qida Agentliyi, səlahiyyətləri çərçivəsində, yaxın zamanda uşaq bağçalarının qida bloklarını yoxlayacaq və qidalardan nümunələr götürəcək.

Bizimlə əlaqə saxlayın