19 
Okt
2020
09:35
1387

Gürcüstanda havalar pisləşir...

Gürcüstanda bu axşamdan etibarən pis hava şəraiti gözlənilir.

Bu barədə InterPress.ge-yə Milli Ətraf Mühit Agentliyindən məlumat verilib.

Məlumata görə, oktyabrın 19-da günün sonundan 21 oktyabrın ikinci yarısına qədər Gürcüstanda arabir yağış yağacağı, bəzi yerlərdə güclü olacağı gözlənilir. Dənizdə 2-3 bal gücündə fırtına ola bilər.

"Gözlənilən güclü yağışlar Gürcüstan çaylarında suyun səviyyəsini artıra bilər və dağlıq ərazilərdə torpaq sürüşməsinə səbəb ola bilər", - agentlikdə bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər