18 
Okt
2020
20:23
1915

Marneulinin bu kəndində müəllimdə koronavirus aşkarlandı - məktəbdə təhsil prosesi dayandırıldı

Marneulinin Qasımlı ictimai məktəbinin gürcü sektorunun müəllimlərindən birində koronavirus aşkarlanıb.

InterPress.ge xəbər verir ki, bu barədə "Qasımlı ictimai məktəbi" Facebook səhifəsində məlumat verilib.

Qeyd olunur ki, koronavirus görə məktəbdə təhsil prosesi müvəqqəti olaraq dayandırılır.

"Qasımlı ictimai məktəbinin şagirdlərinin, müəllimlərinin və digər əməkdaşlarının nəzərinə. Koronavirusla bağlı yaranmış vəziyyətdən irəli gələrək 19 oktybar tarixində keçiriləsi bütün dərslər təxirə salınır.

Verilən qərar şagirdlərimizin təhlükəsizliyi üçün nəzərdə tutulub. Sabah əlavə məlumat veriləcək", - deyə məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın