18 
Okt
2020
15:41
703

Tbilisidə Gəncə terrorlarına etiraz aksiyası keçirildi - FOTO

Tbilisidə Azərbaycanın Gəncə şəhərində baş verən terrorlarının qurbanlarının xatirəsinə həsr olunan aksiya keçirildi.

InterPress.ge xəbər verir ki, aksiya iştirakçıları Ermənistanın dinc insanlara qarşı terror, insanlığa sığmayan qanlı cinayətlərini kəskin şəkildə qınayıblar.

İştirakçılar terror aktları zamanı həlak olanların və şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Aksiyada "Yaşasın Azərbaycan!", "Qarabağ Azərbaycandır!", "Azərbaycan var olsun, düşmənləri kor olsun!", "Ermənistan terroruna yox!" şüarları səsləndirilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər