17 
Okt
2020
15:23
2286

Baş nazir vətəndaşlara müraciət etdi

"Hər kəs başa düşməlidir ki, bu gün sadə qaydalara riayət etmək, maska taxmaq , məsafəni qorumaq bir vətənpərvərlikdir. Bu isə ölkəmizə inkişaf etmə fürsəti verir və bu inkişafda heç bir gecikmə olmamalıdır".

InterPress.ge xəbər verir ki, bu haqda Baş Nazir Qiorqi Qaxaria Gürcü Arzusunun majoritar millət vəkili namizədi Aleksandre Moçerelianı Sameqreloda deputatlığa namizəd olaraq təqdim edərkən qeyd edib.

O, bir daha əhalini pandemiya səbəbindən qaydalara tam riayət etməyə, seçki kampaniyası zamanı məsafə saxlamağa və eyni zamanda maska taxmağa çağırdı.

“Ölkəmizin sabahkı günündən danışarkən hər kəs ümumi məqsədimizi mövcud qlobal pandemiyanı məğlub edəcəyimizi, iqtisadi böhrandan çıxacağımızı və ölkənin uğurlu inkişafına davam edəcəyimizi anlamalıdır. Unutmayın ki, pandemiyaya baxmayaraq, son bir ildə sistem infrastrukturu üzərində çalışmalar dayanmayıb və bir dəqiqə də olsa belə dayanmayacaq. Dünya miqyaslı qlobal pandemiya ilə əlaqədar rekord sayda virusa yoluxma halımız var. Bizim hər birimiz bu virusu məğlub etməyimiz üçün məsuliyyət daşıyırıq. Buna görədə seçki kompaniyalarında iştirak edən zaman sadə qaydalara riayət etməliyik ki, yaşlılarımız, ailə üzvlərimiz, vətəndaşlarımız təhlükədə olmasın. Bu ölkəmizin gələcək inkişafı üçün bir öhdəlik və məsuliyyətdir.

Təəssüf ki, iqtisadi yüksəlişimizi davam etdirməyin yeganə yolu budur və məsuliyyətsiz davranış ölkənin inkişafına mane olmaq deməkdir. Əsas odur ki, 31 oktyabrda hamımız birlikdə bu mübarizədə qalib gəlməliyik və bu, yalnız Çalengixa Sameqrelo və bu bələdiyyənin qələbəsi yox bütün ölkənin zəfəri olacaq.

Vətəndaşlarımızın dəstəyinə əminik, bu gün əsas vəzifəmiz qaydalara əməl etmək, ədalətli, ləyaqətli bir mübarizədə qalib gəlməkdir. Heç kimin qələbəmizə kiçik bir kölgə belə salmasına icazə verməyəcəyik.

Hamımız başa düşməliyik ki, bu gün sadə qaydalara riayət etmək, maska taxmaq , məsafəni qorumaq vətənpərvərlikdir. Bu isə ölkəmizə inkişaf etmə fürsəti verir və bu inkişafda heç bir gecikmə olmamalıdır. Əminəm və inanıram ki, hamımız birlikdə bu mübarizədə qalib gələcəyik. Mən bütün Sameqreloya və ölkəmizə qələbə arzulayıram ! ”, - dedi Qiorqi Qaxariya.

Bizimlə əlaqə saxlayın