17 
Okt
2020
11:22
1012

Gürcüstanda koronavirusa yoluxma sayı yenə REKORD VURDU

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 958 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 16285 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 214 sağalma qeydə alınaraq 7827 nəfər təşkil edib.

Eyni zamanda qeyd olunub ki, koronavirus səbəbi ilə 5900 nəfər karantində saxlanılır.

Qeyd edək ki, koronavirus səbəbi 128 nəfər vəfat edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın