15 
Okt
2020
11:17
1414

Arximandrit Kirion: "Onun bizə qarşı çıxdığını Azərbaycan eşitsəydi, Gürcüstan deyil Azərbaycan maaş verərdi"

"Onun bizə qarşı çıxdığını Azərbaycan eşitsəydi, Gürcüstan deyil Azərbaycan maaş verərdi".

InterPress.ge xəbər verir ki, bu haqda Arximandrit Kirion "360"dərəcə verlişində David Qareci işi ilə əlaqədar qeyd edib.

Arximandrit Kirionun açıqlamasına görə, İveri Melaşvili ölkənin maraqlarına zidd olan və Azərbaycan - Gürcüstan arasında imzalanmış 1:200 000 miqyaslı xəritə ilə rəhbərlik etmək istəyirdi.

Bununla bərabər Arximandritin qiymətləndirməsinə görə, İveri Melaşvilinin sərhəddə hər hansı bir fəaliyyət göstərməyə səlahiyyəti yox idi.

"2020-ci ilin yazında artıq arxivdə saxlanılacaq original formalı yeni xəritələr qəbul etdik. Daha sonra bu materialları dünyada bu tipli davalara baxan xarici təşkilata göndərdik. Onlar materialları öyrəndikdən sonra bizə dedilər ki, bu xəritələr tam şəkildə hər şeyi açıq aydın göstərir.

Onun bizə qarşı çıxdığını Azərbaycan eşitsəydi, Gürcüstan deyil Azərbaycan maaş verərdi. Bu insan ölkələrin imzaladığı və sərhədi keçdikdə K-38 1:200 000 miqyaslı dayanıqlı xəritə olaraq tanıdığımız və əsas sənədi tanımırdı. Melaşvili bu xəritəni qəbul etmirdi. O bizə zidd olan bütün xəritələrdən istifadə edirdi ancaq hər iki tərəfin imzaladığı və tanıdığı xəfitəni inkar edirdi. Daha sonra isə aparıcı mütəxəssislərlə mübahisə edərək bu xəritənin heç nəyə yaramadığını söyləyirdi", - dedi Arximandrit Kirion.

Bizimlə əlaqə saxlayın