14 
Okt
2020
10:51
981

Gürcüstanda bu il neçə min uşağa qarşı zorakılıq edilib? - STATİSTİKA

Gürcüstanda 1146 uşağa qarşı zorakılıq hadisəsi qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə 2020-ci ilin 8 ayının (yanvar-avqust) məlumatlarında qeyd olunur.

Məlumata görə, Dövlət Qayğısı, Trefikinq Qurbanı və Zərərçəkmişlər üzrə Dövlət Agentliyinə daxil olan müraciətlərin 1146 dan 55-i cinsi zorakılıq, 19 intihara cəhd, 87 erkən evlilik və yetkinlik yaşına çatmayanların hamiləliyi, 256 isə fiziki zorakılıq faktı olduğu bildirildi.

Mövcud statistika bu cürdür:
Fiziki zorakılıq - 256;
Psixoloji zorakılıq - 401;
Mənəvi təzyiq -152;
Zorlakılıq - 3;
Cinsi zorakılıq - 55;
Məişət zorakılığı - 120;
Tərk etmə - 7;
İqtisadi şiddət - 19;
Erkən nikah/ erkən hamiləlik - 87;
İntihara cəhd - 19;
Bulinq - 6;
Kiber zorakılıq - 5;
İnsan alveri - 2;
Təqib-2;
Cinayət-5;
Qanunsuz hərəkət - 1;
Yetkinlik yaşına çatmayanların münaqişəsi - 6.

Qeyd edək ki, qurumun verdiyi məlumata görə, 2020-ci ildə zorakılıq halları 2019-cu ilə nisbətən daha az baş verib. Agentliyə 2019-cu ildə uşaqlara qarşı zorakılıqla bağlı 1624 şikayət daxil olub.

Statistika belədir:
Fiziki zorakılıq - 342;
Psixoloji zorakılıq - 402;
Mənəvi təzyiq - 504;
Cinsi zorakılıq - 88;
Erkən nikah - 113;
Məişət zorakılığı - 87;
Bulinq - 20;
İntihara cəhd - 35;
Tərk etmə - 16;
İqtisadi təzyiq- 9;
Erkən hamiləlik - 2;
İnsan alveri - 6.

Agentliyin məlumatına görə, 2019-cu ildə uşaqlara qarşı şiddət səbəbindən alternativ servislərə 133 uşaq, 2020-ci ildə isə 69 uşaq, bunlardan: 28 - qəyyumluqda, 22 nəfəri kiçik ailə tipli evlərdə; 12 - zorakılıq sığınacağında, 2 - uşaqlar evində, 5 - i isə Ana və Uşaq Sığınacağına yerləşdirilmişdir.

Bizimlə əlaqə saxlayın