13 
Okt
2020
19:33
984

Türkiyə Gürcüstana dərmanlar bağışladı

Koronavirus pandemiyası ilə mübarizədə Türkiyə, Gürcüstana tənəffüs aparatı və fərdi qoruyucu vasitələr də daxil olmaqla vacib tibbi avadanlıq və dərmanlar bağışladı.

İnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayır.

“Türkiyə Cümhuriyyətinin ianəsi Gürcüstan əhalisinə, xüsusən də koronavirus (COVID-19) pandemiyası zamanı Rusiya-Gürcüstan münaqişəsindən təsirlənənlərə kömək məqsədi daşıyır. Bu, pandemiya şəraitində humanitar vəziyyətin Gürcüstanın işğal olunmuş ərazilərində daha da mürəkkəbləşməsi fonunda xüsusilə vacibdir. Nəticə etibarilə, humanitar yükün böyük bir hissəsi Rusiya ilə Gürcüstan arasındakı münaqişədən təsirlənən insanların ehtiyaclarına sərf ediləcək" - Gürcüstan Xarici İşlər Nazirliyindəb bildirib

Qeyd edək ki,Gürcüstan və Türkiyə
arasındakı müqaviləni Türkiyə Səhiyyə nazirinin müavini Emine Alf Meşe və Gürcüstanın Türkiyədəki səfiri Qiorqi Janjgava imzaladılar.

Bizimlə əlaqə saxlayın