13 
Okt
2020
13:15
704

Gürcüstanda həmkəndlisi 60 yaşlı kişini soyuq silahla yaralayıb

Gurjaani bələdiyyəsində həmkəndlisi 60 yaşlı kişini soyuq silahla yaralayıb.

InterPress.ge xəbər verir ki, hadisə gecə saatlarında Kardenaxi kəndində baş verib.

Yerli sakinlərin bildirdiyinə görə, tərəflər arasındakı insident böyük ehtimalla sərnişin köçürülməsi ilə əlaqədardır.

Onların sözlərinə görə, hadisədən əvvəl mübahisə baş verib, bundan sonra orta yaşlı bir kişi həmkəndlisinə qarın nahiyəsindən xəsarət yetirib.

Yaralı artıq Gurjaani "Geohospital" klinikasında əməliyyat olunub. Səhhəti stabildir.

Polis hadisədən bir müddət sonra günahkarı həbs edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə istintaq aparılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər