12 
Okt
2020
19:43
981

Qardabaninin bu kəndlərində uşaq bağçaları açıldı

Qardabani bələdiyyəsinin Kumis, Ağtəhlə və Qaratəhlə kəndlərində uşaq bağçaları açıldı.

İnterPress.ge xəbər verir ki, Kvemo Kartli quberniyasından verilən açıqlamaya görə müasir standartlara cavab verən yeni uşaq bağçalarını Kvemo Kartli qubernatoru Şota Rexviaşvili və Qardabani bələdiyyəsinin meri Ramaz Budağaşvili açıb.

"Qamargvebada və Kumisi kəndində uşaq bağçalarının inşası layihəsi Regional inkişaf və infrastruktura nazirliyinin bələdiyyə inkişafı fondu tərəfindən 2 941 817 lari ilə, Ağtəhlə və Qaratəhlə kəndlərinin uşaq bağçaları isə yerli büdcədən 1 398 912 lari ilə maliyyələşmişdi. Uşaq Bağçalarında material-texniki baza tamamilə yenilənib, ətraf mühit isə xüsusi ehtiyyacı olan şəxslərə uyğunlaşdırılıb.

Qardaban bələdiyyəsində son 2 il ərzində yeni uşaq bağçalarının inşaası və reabilitasiyası aktiv şəkildə baş tutur. Qardaban bələdiyyəsinin el kəndləri yoxdur ki, orada uşaq bağçası fəaliyyət göstərməsin.

Qeyd edək ki Kvemo Kartli bölgəsində ümumilikdə 112 uşaq bağçası fəaliyyət göstərir. Buradan 28zi son 2 ildə inşaa edilib "-məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər