11 
Okt
2020
18:44
2337

Marneulidə yol qəzası baş verdi - FOTO

Marneulinin mərkəzi Rustavelə küçəsində yol qəzası baş verib.

InterPress.ge xəbər verir ki, Benve markalı avtomobil ilə Opel markalı avtomobil toqquşub.

Qəza zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb.

Opel markalı avtomobilin sahibinin dediyinə görə, Benve ötmə əməliyyatını yerinə yetirərkən Opelə çırpılıb.

"Qarşıdan Fort gəlirdi, həmin Fort mənə yol verdi və mən küçəyə dönərkən Benve ötmə əməliyyatı etdi, nəticədə mən küçəyə dönərkən gəldi və mənim avtomobilimə çırpıldı", - deyə Opelin sürücüsü qeyd edir.

Benvenin sürücüsü isə ittihamları qəbul etməyib və opelin onun yoluna çıxdıqını qeyd edir.

Faktla bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları araşdırma aparırlar.


Bizimlə əlaqə saxlayın