11 
Okt
2020
13:01
1236

Gürcüstanda ən yüksək yoluxma bu şəhərdə qeydə alındı

"Yoluxma sayına görə Tbilisi birinci yerdədir".

InterPress.ge xəbər verir ki, bu barədə Yoluxucu Xəstəliklər Xəstəxanasının bokslaşdırılmış şöbəsinin rəhbəri Marina Endeladze açıqlama verib.

Onun bildirdiyinə görə, Acarada virusa yoluxma sayı azalmağa doğru gedir.

"Çox təəssüflər olsun ki, indi Tbilisi yoluxma sayına görə birinci yerdədir. Biz bundan çox qorxuruq. Tbilisidə koronavirusun təsdiqlənmiş 196 yeni halı qeydə alınıb. Acarada tətbiq edilən məhdudiyyətlərdən irəli gələrək orada yoluxma sayı azalmağa doğru gedir. Acarada 172 yoluxma halı qeydə alınıb. 117 yoluxma halı ilə yenədə İmereti 3-cü yeri tutur. Sameqrelo Zemo Svanetidə 16 ,Quriya 7 və Şida Kartlidə 7, Kvemo Kartlidə 4, Kaxetidə 3, Samtsxe Cavaxetidə 2, Mçxeta Mtianetidə isə 1 hal aşkarlanıb", - dedi M. Endeladze.

Marina Endeladzenin açıqlamasına görə yoluxucu xəstəliklər xəstəxanasında 56 xəstə müalicə alır. Xəstələrin əksəriyyətinin vəziyyəti orta ağır olsada onlarda yüksək hərarət və pnevmoniya müşahidə edilir. Xəstələrdən 9-nun vəziyyəti ağırdır.

Bizimlə əlaqə saxlayın