11 
Okt
2020
12:15
858

Gürcüstanda koronavirusa yeni yoluxmalar qeydə alındı - Son rəqəmlər

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 523 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 11794 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 208 sağalma qeydə alınaraq 6327 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın