10 
Okt
2020
20:40
1451

Marneulidə Azərbaycana irimiqyaslı dəstək mitinqi keçirildi - FOTO

Marneulidə Azərbaycana "Qarabağ Azərbaycanındır" adlı irimiqyaslı dəstək mitinqi keçirildi.

InterPress.ge xəbər verir ki, aksiyaya Gürcüstanın bir çox bölgəsindən iştirakçılar qatılmışdı.

Kütləvi mitinq iştirakçıları Azərbaycan dövləti və Ordusuna dəstək şüarları səsləndiriblər. Daha sonra isə Azərbaycan və Gürcü icmasının üzvləri çıxış ediblər. Onlar Azərbaycanın haqq işi apardığını, bu işdə Azərbaycan xalqının yanında olduğunu bildiriblər.

İştirakçılar Azərbaycanın işğal altında olan bütün torpaqlarının tezliklə azad olunacağına əminlik ifadə ediblər. Mitinq iştirakçıları “Azərbaycan var olsun, düşmənləri kor olsun!”, “Qarabağ Azərbaycanındır!”, “Eşq olsun Azərbaycana!” şüarları səsləndiriblər.

Aksiyada həmçinin Abxaziya və Asetiya azadlıq şüarları səsləndirilib və işğalçı Ermənistanın və Rusiyanın təxribatları pislənib.

Qeyd edək ki, bu artıq Gürcüstanda Azərbaycana dəstək məqsədilə keçirilən 4-cü aksiyadır.


Bizimlə əlaqə saxlayın



Digər xəbərlər