10 
Okt
2020
11:23
927

Gürcüstanda koronavirusa yeni yoluxmalar qeydə alındı - Son rəqəmlər

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 519 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 11271 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 253 sağalma qeydə alınaraq 6119 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın