10 
Okt
2020
10:52
1348

Tbilisidə koronavirusa yoluxma artır - Məhdudiyyətlər tədbiq ediləcəkmi? - Mərkəz rəhbərindən açıqlama

"Tbilisidə irimiqyaslı məhdudiyyətlərin qoyilması planlaşdırılmır".

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə nəzarət milli mərkəzinin rəhbəri Amiran Qamğrelidze bildirib.

Onun bildirdiyinə görə, lazımi hallarda yerli məhdudiyyətlər qoyulacaq.

"Yazda koronavirus haqqında çox az məlumata sahib idik. Bütün dünya ölkələri güclü məhdudiyyətlər tətbiq edirdi. İndi isə onun haqqında çox məlumatlıyıq və bilirik ki, bu virusu 1-2 günə və ya 2 aya və ya 1 ilə məhv edə bilmərik. Buna görə də onunla yaşamağa öyrəşməliyik.

Tbilisidə irimiqyaslı məhdudiyyətlərin qoyulması planlaşdırılmır. Ancaq lazım gələrsə yerli məhdudiyyətlər qoyulacaq. Məsələn məktəbdə yoluxma halı qeydə alındısa sinif özünütəcridə keçəcək", - dedi A Qamğrelidze.

Bizimlə əlaqə saxlayın