09 
Okt
2020
12:23
859

Bu gün koronavirusa yoluxanlar Gürcüstanın bu bölgələrindəndir

"Koronavirusun təsdiqlənmiş 527 yeni halından 190 hal Acarada, 179 hal Tbilisidə aşkarlanıb".

InterPress.ge xəbər verir ki, bu barədə Yoluxucu Xəstəliklər Xəstəxanasının bokslaşdırılmış şöbəsinin rəhbəri Marina Endeladze açıqlama verib.

Onun bildirdiyinə görə, ölkədə 63 xəstənin vəziyyəti kritik ağırdır.

"Xoşbəxtlikdən Acarada virusa yoluxma hallarının sayı azalıb,ancaq təəssüflər olsun ki Tbilisidə yoluxma hallarının sayı çoxalıb. Bundan başqa İmeretidə 91,Kvemo Kartlidə 28,Şida Kartlidə 10,Kaxetidə 11,Mçxeta Mtianetidə 3,Quriyada 3 və Samtsxe Cavaxetidə 1 hal qeydə alınıb ", -dedi M. Endeladze.

Bizimlə əlaqə saxlayın