09 
Okt
2020
09:27
1221

Səhiyyə nazirinin müavinindən koronavirusla bağlı sevindirici açıqlama

Gürcüstanın Səhiyyə nazirinin müavini Tamar Qabunia Acarıstandakı yoluxma vəziyyətinin sabitləşmə tendensiyasının son günlərdə özünü büruzə verdiyini bildirdi.

InterPress.ge xəbər verir ki, Qabuniya bu barədə Acarıstan hökumətinin operativ qərargahının iclasında açıqlama verib.

“Son bir neçə gündə gözlədiyimiz sabitləşmə tendensiyası baş verdi. Təxminən 10 gündür davam edən profilaktik və məhdudlaşdırıcı tədbirlər nəticəsində bu tip tendensiya gözlənilirdi. Günümüzün şərtlərində ağır halların düzgün idarə edilməsi xüsusilə vacibdir. Texnologiya baxımından, ağır xəstələrin çoxunun yerləşdirildiyi Batumi Respublika Xəstəxanası çox yaxşı hazırlanıb, yeni avadanlıqlarla təchiz olunub. Həkimlərin səfərbər olunması prosesi davam edir. Bu həftə başqa klinikalardan əlavə həkimlər də səfərbər ediləcək. Xüsusi olaraq ciddi və kritik halların idarə edilməsinə diqqət yetiriləcək".

Onun sözlərinə görə, Acarada ölümlərin artması infeksiya hallarının artması ilə əlaqədardır.

“Acarıstanda yüksək ölüm nisbətinin müşahidə edilməsi, halların sayının çox olması ilə bağlıdır. Bununla birlikdə bölgədə yüksək ölüm nisbətləri müşahidə edilmir. Hər şey müqayisəlidir. Ümumiyyətlə, ölkə ölüm göstəricisinə görə bölgədə ən yaxşı ölkələrdən biridir", - dedi Tamar Qabunia.

Bizimlə əlaqə saxlayın