08 
Okt
2020
17:05
576

Gürcüstanda bu gün koronavirusa yoluxanların haradan olduqları açıqlandı

“Koronavirusun təsdiqlənmiş 472 yeni halından 230-u Acarada, 134-ü isə Tbilisidə, İmeretidə 68, Samtsxe Cavaxetidə, Kvemo Kartlidə və Sameqrelo Zemo Svanetidə 8-8,Şida Kartlidə 6,Kaxeti və Mçxeta Mtianetidə 5-5 yeni hal aşkarlanıb.

İnterPress.ge xəbər verir ki, Yoluxucu Xəstəliklər Xəstəxanasının bokslaşdırılmış şöbəsinin rəhbəri Marina Endeladze açıqlama verib

Endeladzenin sözlərinə görə, Tbilisiyə çox diqqət yetirmək lazımdır çünki yoluxma faizi 22-dən 28-dək yüksəlib.

Onun bildirdiyinə görə, bu gün ki gündə Gürcüstanda 4672 aktiv virus halı mövcuddur ki buradan 60-ın vəziyyəti kritikdir, buradan 59-u süni nəfəs aparatındadır. Abxaziyadan isə 9 xəstə təxliyyə edilib.

Yoluxucu xəstəliklər xəstəxanasına gəlincə klinikada 42 nəfər müalicə alır buradan 6nın vəziyyəti kritik ağırdır.

Bizimlə əlaqə saxlayın