08 
Okt
2020
11:24
1046

Gürcüstanda koronavirusa yeni yoluxmalar qeydə alındı - Yoluxma azalır

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 472 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 10225 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 318 sağalma qeydə alınaraq 5553 nəfər təşkil edib.

Eyni zamanda qeyd olunub ki, koronavirus səbəbi ilə 5574 nəfər karantində saxlanılır.

Qeyd edək ki, koronavirus səbəbi 66 nəfər vəfat edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın